Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2019

Bu gün Həzrət Xədiceyi-Kubranın (s.ə) dünyadan köçdüyü gündür

Mübarək Ramazan ayının onuncu günü Xədiceyi-Kubranın (s.ə) vəfatı günüdür.

Həzrəti Xədicə (s.ə) əziz Peyğəmbərin (s) ilk həyat yoldaşı olub. O, İslamı qəbul edən ilk xanım olmaqla yanaşı, Allah Rəsuluna (s) ən yaxın insanlardan idi.

Onun bəşər tarixində yeri barədə bunu qeyd etmək kifayətdir ki, o, Xanım Fatimeyi-Zəhranın (s.ə) anası və 11 İmam (ə) nənəsidir.

İslam Peyğəmbərinin (s) bütün nəsli Xədicə xanımdandır.

Xanım Xədicə (s.ə) dünyadan köçərkən Peyğəmbərə (s) bir neçə vəsiyyət etdi. Bütün malını payladı. Göstərdiyi saysız fədakarlıqlara baxmayaraq, Allah Peyğəmbərinə (s) buyurdu: “Ya Rəsuləllah (s), məni bağışla ki, sizin haqqınızda səhlənkarlıq etdim”.

Əvəzində Peyğəmbərimiz (s) buyurdu: “Mən səndən heç vaxt əskiklik görməmişəm. Bütün gücünü və çalışqanlığını mənim üçün etmisən, evimdə çoxlu zəhmətlərə dözmüsən, mallarını Allah yolunda bağışlamısan”.

Bu münasibətlə dünya müsəlmanlarına başsağlığı verərək, ümmət xanımlarına Xanım Xədicənin (s.ə) həyatından bəhrələnməni diləyirik./deyerler/


237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP