Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2019

ABŞ-da Türkiyə məscidi qəsdən yandırıldı - FOTOLAR

Amerikanın Konnektikut ştatının Nyu-Heven şəhərində yerləşən Türk Diyanet məscidində yanğın törədilib.  

Bu haqda “Daily Sabah” portalı məlumat yayıb. Məscidin qəsdən yandırıldığı bildirilir. Hadisə nəticəsində müsəlman ibadətgahına böyük maddi ziyan dəydiyi deyilir. Yanğın məscidin girişindən başlayıb. Lakin yanğınsöndürənlər  yetişənədək alov 3-cü mətrtəbəyə kimi yayılıb. Xoşbəxtlikdən yanğın nəticəsində zərər çəkən olmayıb.


Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğundan bildirilib ki, hazırda cinayətkarların axtarışları davam edir. Polis onların tapılmasına yardım edəcək istənilən informasiya verən şəxsə  25 min dollarlıq  pul mükafatı  vəd edib.
 
Məscidin yandırılması Birləşmiş Ştatlardakı Türk diasporunu kədərləndirib.  Türkiyə Xarici İşlər naziri Mövlut Çavuşoğlu ibadətgahın yandırılmasını "ikrah doğuran bir hərəkət" adlandırıb və  ABŞ hökumətini cinayətkarların mümkün qədər tez həbs edilməsinə çağırıb.


Türkiyə Prezidentinin məsləhətçisi İbrahim Kalin bu hücumu ABŞ-da güclənməkdə olan islamofobiya və müsəlmanlara qarşı nifrətin növbəti təzahürü kimi dəyərləndirib. 


215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP