Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2019

Ərəbistan Yəməndə yaşayış məntəqələrini bombaladı-60 şəhid və yaralı - Fotolar

“Əl-Məsirə” televiziya kanalının verdiyi xəbərə görə, bu gün (cümə axşamı) Ərəbistanın rəhbərlik etdiyi Yəmən əleyhinə hərbi koalisiyaya məxsus qırıcılar Səna əyalətinin Əs-Səm və Əl-Fəricə məntəqələrini iki dəfə, Ətan məntəqəsini 3 dəfə, Nəqm məntəqəsini 5 dəfə, Nəhdeyn məntəqəsini 2 dəfə və “21 sentyabr bağı”-nı bir dəfə bombalayıblar.
Yəmən Səhiyyə Nazirliyi elan edib ki, bu hücumlar nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər şəhid olub və 52 nəfər yaralanıb.
Yaralılar arasında tibb sahəsində fəaliyyət göstərən iki rus qadın da vardır.
“Əl-Məyadin” televiziya kanalı da bildirib ki, Ərəbistan koalisiyası Ər-Rəbat prospektində yaşayış məntəqəsini bombalayıb.
Cinayətkar koalisiyanın Sənanın mərkəzində Ər-Rəqqas məhəlləsinə hücumu nəticəsində bir ailənin bütün üzvləri həlak olub. Hava hücumuna məruz qalmış mənzil bir məktəbin yaxınlığında yerləşir.


 

 

 

 




179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP