Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2019

RUHANİ KƏLAMININ TƏSİRİNİN BAŞLICA AMİLİ

Əlbəttə, özümüzdən başlamalıyıq. Camaat bizim əməlimizə baxır. Ruhaninin sözü o zaman keçərli olacaq ki, dünya bəzək-düzəyinə etinasız olduğunu əməldə göstərsin. Göstərməlidir ki, dünya vurğunlarının könüllərində olan tamah onda yoxdur. Bunu gərək camaata göstərək. Ruhaniyyət bu heysiyyətə, abıra təqva sayəsində nail olmuşdur. Bu, pəhrizkarlıq, dünya bəzəklərinə etinasızlıqdan qorunmaqdır.

Əlbəttə, dünya malına etinasızlıq orta səviyyədə həyat sürməklə ziddiyyət təşkil etmir. Dünyanın ardınca qaçmaq, rahat, yaxşı, əyan və təmtəraqlı həyat nümunələrini istəmək onun üçün çalışmaq – dünya əhlinin ömrü anbaan belə şeylərin ardınca getməklə keçir – ruhani, elm əhli şəxsiyyətindən aşağıda durur. Camaat bunu bizdə görməlidir, hiss etməlidir.

Haqq, ilahi maarifi camaata çatdırmaqla, onlara Allahın əzabını xatırlatmaqla bu ramazan ayını abadlaşdırın. Camaatı təqvaya, əmələ, Allahdan qorxmağa sövq edin. Qiyaməti və ilahi əzabı camaat üçün izah edin. Bu mövzudakı rəvayətləri camaat üçün oxuyun. Camaatın ürəyini Allahla tanış edin, aralarında ünsiyyət yaradın. Cihad, mübarizə, dayanıqlılıq, ölkə quruculuğu, dünya və axirət səadəti Allahla ünsiyyət, könülləri onunla tanış etmək sayəsində mümkündür.


Ayətullah Seyid Əli Xamenei


488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP