Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2019

Venesuela kəşfiyyatının sabiq rəhbəri ilə əlaqəli generalın meyiti tapılıb

Venesuela Milli Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Manuel Fiqero ilə əlaqəli olan general Xesus Alberto Ernandes ölkə paytaxtındakı otellərdən birində ölmüş vəziyyətdə tapılıb.

TASS xəbər verir ki, bu barədə mayın 17-si “El Pitazo” nəşri məlumat yayıb.

Ernandes tapılan zaman hərbi formada və əlində tapança olub. Bəzi məlumatlara görə, o, intihar edə bilər. Hazırda Venesuela hökuməti faktla bağlı araşdırmalara başlayıb.

Generalın Milli Kəşfiyyat İdarəsinin prezident Nikolas Maduroya qarşı uğursuz hərbi çevrilişin rəhbərlərindən biri olan sabiq başçısı Fiqero ilə əlaqəli olduğu bildirilir.


349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP