Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2019

Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir - Foto

Azərbaycanda sabiq prezident sözü yoxdur...

Gürcüstanın sabiq prezidenti Qeorqi Marqvelaşvilinin hərtərəfli inkişaf etdiyini onun vətənində insanların əksəriyyəti bilir.

İndi bəlli olub ki, demə o həm də mahir qaynaqçı imiş...

Gürcüstanın İctimai İşləri İnstitutunun keçmiş rektoru, sabiq prezident indi əsasən, Tbilisinin 50 kilometrliyində yerləşən Duşeti qəsəbəsindəki bağ evində yaşayır.

Marqvelaşvili etiraf edib ki, prezident postu ona heç bir maliyyə uğuru gətirməyib, buna görə də, Gürcüstanın istənilən başqa vətəndaşı kimi, yaşamaq üçün o da qazanmalı olur.

Gürcüstanın sabiq prezidenti evi üçün bütün mebeli və furnituru öz əlləri ilə düzəldib.

Marqvelaşvili kənd təsərrüfatı ilə məşğul olmağı da sevir. Bir neçə ildir ki, o, ardıcıl kartof əkir. Yeri gəlmişkən, kartofun toxumunu ona Belarus prezidenti Aleksandr Lukaşenko hədiyyə edib. Onun həyətində Azərbaycan prezidenti İlham Əliyevin hədiyyə etdiyi nar ağacı da var.

Bütün bunlardan əlavə, Gürcüstanın dördüncü prezidenti toxumağı da bacarır.




377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP