Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2019

İrana gedən azərbaycanlıların sayı 79,7 faiz artıb

2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1636,4 min nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib. Gedənlərin 66,6 faizi kişilər, 33,4 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 faiz, Gürcüstana gedənlərin sayı 10,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb.


571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP