Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2019

Almaniya Amerikanın İrana əleyhinə siyasətlərini tənqid etdi

Almaniyanın xarici işlər naziri Amerikanın İrana qarşı ağır təzyiqlər siyasətini tənqid edərək bunun nəticəsiz qalacağını deyib.

“Pasavour Novin Presses” qəzetinə müsahibə verən Hayko Maas deyib: “Amerikanın İran əleyhinə ən ağır təzyiqlər icra etməsinin heç bir təsiri yoxdur. Amerikanın təkbaşına olaraq İranla nüvə sazişindən çıxması bizim üçün dərkedilməzdir. Amerika prezidentinin əksinə olaraq Avropa tamamilə belə inanır ki, ən ağır təzyiq strategiyası faydasızdır. Avropa müharibə sözünün yerinə müzakirəyə təkid edir.”

Almaniya xarici işlər naziri gərginliyin artmasına toxunaraq deyib ki, bütün tərəflər regionda qarşıdurmanın təhlükəsini anlamalıdır.


160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP