Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2019

İŞİD həbsxanada qiyam təşkil etdi - 29 ölən var

İŞİD terrorçularına üzvlükdə ittiham edilən məhbuslar bu gecə Tacikistanın paytaxtı Düşənbənin yaxınlığında yerləşən həbsxanada qiyam təşkil ediblər.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Tacikistanın Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Azad olunmasını tələb edən məhbuslar üç nəzarətçini tutaraq öldürüblər. Qiyamçıların arasında da qurbanlar var, amma nazirlik onların dəqiq sayını açıqlamayıb.

Ədliyyə Nazirliyi qeyd edir ki, hazırda koloniyada vəziyyət nəzarət altına alınıb, istintaq orqanları fakt üzrə araşdırmaya başlayıblar.

***

Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov "RİA Novosti"yə bildirib ki, qiyam zamanı 29 məhbus və 3 nəzarətçi həlak olub.

Onun sözlərinə görə, məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib.


395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.19, 08:22
Yumurta bahalaşdı
20.09.19, 20:26
Maduro Rusiyaya gedir
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP