Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2019

Zərifdən Trampa tarixi cavab - İran...

“Tramp “B komandası”nın təhrikləri ilə İsgəndərin, Çingiz xanın və digərlərinin bacara bilmədiyini əldə etməyə ümidlənib. Bütün işğalçılar tarixdən gedib, amma İran min illərdir ki, ayaq üstədir”.

Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir ABŞ prezidenti Donald Trampın tvitter vasitəsilə “Əgər İran müharibə etmək istəyirsə, bu, İranın rəsmən sonu olar” açıqlamasına “iqtisadi terror və soyqırım iynələri İranı bitirməyəcək” sözləri ilə cavab verib. Zərif Trampa İrana hörmət etməyə cəhd göstərməyi məsləhət görüb.

Qeyd edək ki, Məhəmməd Cavad zərif Ağ Evin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu, İsrailin baş naziri Benyamin Netanyahunu, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı, Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zahidi Donald Trampın “B komandası” adlandırır.


169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP