Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2019

BMT: "İraqda 12 kütləvi məzarlıq aşkarlanıb""

İraqda İŞİD terror qruplaşmasının qurbanları olan şəxslərin dəfn edildiyi 12 kütləvi məzarlıq aşkarlanıb.

Məlumata görə, İraqın kəşfiyyat ekspertləri və mütəxəssislərindən ibarət qrup Türkiyə, İsveç, Almaniyadan olan ekspertlərin köməyi ilə terror qruplaşmasının yeni cinayətlərini aşkarlayıb.

Ortaya çıxan yeni faktlarla əlaqədar İraq və BMT nümayəndələrinin birlikdə hazırladıqları hesabatda İraqın bir qrup əsgərinin 2014-cü ildə terrorçular tərəfindən Tiqritdə edam edildiyi yer alıb. Bununla yanaşı, terrorçuların 2016-cı ildə də Mosulda da kütləvi cinayət törətdikləri məlum olub.


131 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP