Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2019

General Zelenskinin əmrini icra etməmək tapşırığı verib

Ukrayna ordusunun Donbas üzrə əməliyyatlarının komandanı Aleksandr Sırski orduya Prezident Vladimir Zelenskinin göstərişini icra etməmək əmri verib.

Bu iddia ilə Luqansk separatçılarının nümayəndəsi Yakov Osadçi çıxış edib.

“Ukrayna ordusunun generalı Oleq Mikats qapalı toplantılardan birində general Sırskinin hərbçilərə Zelenskini dinləməmək və əməliyyatları davam etdirmək təlimatını verdiyini bildirib”, - Osadçi vurğulayıb.

Osadçi bildirib ki, həmin toplantıdan sonra 54-cü diviziyanın komandanı polkovnik Aleksey Maystrenko Luqanska təxribat və kəşfiyyat qruplarının göndərilməsi ilə bağlı təlimat alıb.

Qeyd edək ki, V.Zelenski Donbas bölgəsində sülhü təmin etmək üçün əlindən gələni edəcəyini açıqlamışdı.


97 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP