Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2019

Bərdədə YDM-ə hücum: türkiyəlilər operatoru döydülər

Bərdə rayonunda iki Türkiyə vətəndaşı maye qaz doldurma stansiyasına hücum edərək operatora xəsarət yetiriblər.

Hadisə Heydər Əliyev prospektində yerləşən maye qaz doldurma stansiyasında qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, günorta saatlarında iki nəfər "Niva" markalı avtomobil ilə məntəqəyə gələrək oranın Akif adlı operatoruna daş və dəmir alətlə xəsarət yetiriblər.

Yaralı oğlan ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.


364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP