Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2019

Konqres spikeri: Trampı həbsxanada görmək istəyirəm

ABŞ Konqresinin spikeri Nensi Pelosi prezident Donald Trampı həbsxanada görmək istədiyini bildirib.

Bu haqda ABŞ Demokratlar Partiyasındakı mənbələrə istinadən “Politico” nəşri bildirib.

Qeyd edilir ki, o bu haqda çərşənbə axşamı Məhkəmə Palatasının sədri Cerri Nadler ilə görüşdə deyib. Görüşdə Trampın impiçmenti proseduruna başlamağın lazım olub-olmadığı müzakirə edilirdi.

Nəşrin məlumatına görə, Nadler təkid edirdi ki, Pelosi onun komitəsinə impiçment proseduruna başlamağa icazə versin. Konqresin spikeri bundan imtina edib.

“Mən istəmirəm ki, onu impiçment etsinlər, mən onu həbsxanada görmək istəyirəm”, - Pelosi izah edib.


360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
04.09.19, 11:10
İran Avropaya meydan oxudu
Go to TOP