Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2019

ABŞ türk pilotlarına təlim verməkdən imtina etdi

ABŞ Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə əlaqədar olaraq Türkiyədən F-35 qırıcıları üçün pilotların daha təlimlərə qəbul edilməməsi barədə qərar verib.

Bu haqda "Röyters” agentliyi bildirib.

Qərar Amerikanın Arizona ştatında Lyuk aviabazasında təlimə başlamalı olan pilotlara toxunacaq.

Hazırda Amerika təyyarə bazasında Türkiyədən dörd pilot təlim keçir. Türkiyədən yeni pilotların və texniki personalın qəbulu Ankaranın S-400-lə bağlı qərarını dəyişəcəyi halda bərpa oluna bilər.


336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP