Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2019

Dəhşət: Sudanda 11 etirazçının başını kəsdilər

Sudanda son iğtişaşlar və təhlükəsizlik qüvvələrinin etirazçılara divan tutmasının ardınca medialar cinayətkar qrupların paytaxt Xartumda etirazçılara hücum etdiyini xəbər verib.
“Əl-Ərəbiyyə” saytının Sudanın yerli mənbələrinə istinadla verdiyi xəbərə görə, ötən üç gün ərzində cinayətkar və quldur dəstələri Xartumda etiraz aksiyasında iştirak edən əhaliyə hücum ediblər və bıçaqla 11 nəfərin başını kəsərək bədəndən ayırıblar.
Sudanda əhali Ömər əl-Bəşiri devirdikdən sonra bu ölkənin hərbi qüvvələri hakimiyyəti öz əlinə keçirib. Əhali isə hərbi hakimiyyəti istəmir və hökumətin qeyri-hərbi qüvvələrə ötürülməsini tələb edir.
Bunu qəbul etməyən hərbi hakimiyyət bir neçə gün bundan öncə etirazçılara hücum edərək 115 nəfəri qətlə yetirdi və çoxlu sayda insanı yaraladı.
Bütün bunlara baxmayaraq Sudanda əhali geniş şəkildə etiraz aksiyalarına qatılıb.


52 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP