Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2019

Amerika nə üçün Bin Ladeni dənizə atdı?

Ərəbistanın sabiq kəşfiyyat xidmətinin rəisi şahzadə Türki Feysəl “Əl-Ərəbiyyə” qəzetinə verdiyi açıqlamada Əl-Qaidənin sabiq rəhbəri Bin Ladenlə bağlı bəzi sirləri ifşa edib.

T. Feysəl deyib: “Amerika Bin Ladenin cəsədini dəfn etmək əvəzinə, onu dənizə atdı. Buna səbəb ona məqbərə düzəldilməsinin qarşısını almaq olmuşdur.”
Sabiq kəşfiyyat xidmətinin rəisi əlavə edib: “Əl-Qaidə rəhbəri heç kimin ağlına gəlməyən əməllər edirdi. O, tanınmaması üçün daim öz yerini dəyişirdi.”
T. Feysəl amerikalıların Bin Ladeni həbs etmək əvəzinə onu qətlə yetirmələri ilə bağlı da deyib: “Bunun heç bir izahı yoxdur. Lakin amerikalılar deyirlər ki, Bin Ladenin qaldığı yerə daxil olduqda, o, silahlı olub və bu səbəbdən onu öldürməyə məcbur olublar.”


312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP