Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2019

Bərdədə təcili yardımın qadın həkimləri döyüldü - Foto

Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülüb.

Report xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində baş verib.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali bildirib ki, bu gün səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər:

"Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar.

Bundan başqa, "təcili yardım" avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb".

Döyülmənin səbəbi həkimlərin hadisə yerinə gecikmələri olub.


57 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP