Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2019

Gədəbəy sakininin gözünə bıçaq soxublar

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Qumru kənd sakini 1989-cu il təvəllüdlü Zamiq Həsənov gözündən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirilib. Hadisə şahidlərinin sözlərinə görə, Zamiq Həsənov Gədəbəy rayonunun “Narzan” restoranında yeyib-içdikdən sonra pivə içmək üçün başqa bir kafeyə yollanıb. Mübahisə də məhz orada baş verib.

Digər masada əyləşənlərlə yaranan mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçağı Zamiq Həsənovun gözünə soxub. Sonuncu ağır vəziyyətdə öncə Gədəbəyə, daha sonra Gəncədə yerləşən xəstəxanaya aparılıb. Onun bir gözü əməliyyat edilərək, götürülüb.
Cinayəti törədən şəxs və yanında olan iştirakçılar isə hadisə yerindən qaçıblar.


104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.19, 08:24
Misirdə atışma: 4 ölü
Go to TOP