Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2019

“İran müharibəyə birinci başlamayacaq” – Ruhani

İran müharibəyə birinci başlamayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.

TASS xəbər verir ki, bunu çərşənbə günü İran prezidenti Həsən Ruhani Tehranda Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“İran heç vaxt müharibəyə başlamayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək”, – deyə o söyləyib.

İran prezidenti bölgə və dünyada təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən Tehranın nüvə proqramı ilə bağlı sazişə sadiq qalacağını bildirib.

“Həm Tehran, həm də Tokio nüvə silahına qarşıdır”, – deyə Ruhani əlavə edib.


82 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP