Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2019

Oman dənizində iki neft gəmisi partladılıb

Oman dənizində neftdaşıyan iki böyük gəmi hücuma məruz qalıb və onlardan biri batmaq üzrədir.

“Əl-Məyadin” televiziya kanalının yerli mənbələrə istinadla verdiyi xəbərə görə, Oman körfəzində neft daşıyan iki gəmiyə hücum olub. Yerli mənbələr bildiriblər ki, Oman dənizində iki dəhşətli ardıcıl partlayışın səsi eşidilib.
İndiyə qədər dəqiqləşən məlumata görə, hər iki gəmi supertanker olub və onlar Fars körfəzindən digər bir ölkəyə neft aparırmış.

Pakistanın yerli mənbələri də partlayış səslərinin eşidildiyini təsdiq ediblər.
Bir neçə dəqiqə bundan əvvəl hücuma məruz qalmış gəmilər Oman dənizi ətrafındakı ölkələrdən yardım istəyiblər.
İndiyə kimi heç bir qrup bu əməliyyatın məsuliyyətini öhdəsinə götürməyib.
“Əl-Məyadin” təcili xəbərində bildirib ki, bu hadisənin ardınca xam neftin qiyməti 2 dollar dəyərində qalxıb.


393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP