Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2019

Vəhabi imamı: Şiələr, məni bağışlayın

Əhli-beytə (ə) təvəssül cənnətə yetişməyin yoludur.

Vəhabiliyin sabiq imamı Məhəmməd əl-Ənəzi sələfi-təkfirçilik firqəsindən üz döndərdikdən sonra xəbis Ali-Səud rejimi barədə bir sıra həqiqətləri ifşa edib.

Paytaxt Riyadda “Əbu Yusif” məscidinin sabiq imam və vaizi olmuş əl-Ənəzi Bəndər bin Sultan bin Əbdüləzizin şiələr əleyhinə əməllərini ifşa edərək deyib: “O, Ərəbistan məscidlərinin imamlarına şiələri kafir adlandırmaq barədə göstəriş verirdi.”
Əl-Ənəzi şiələri təhqir etdiyi və onları kafir adlandırdığı üçün üzr istəməklə yanaşı deyib: “Ömür bitmək üzrədir. Allah mənim qəlbimi nurlandırdı və vəhabilikdən qayıtdım. Hamı bunu bilsin ki, Əhli-beyt (ə) cənnətə yetişməyin yoludur.

Şiələr məni bağışlayın. Mən sizin əleyhinizə yalan və batillər qoşurdum. Minbərə çıxaraq digər məzhəbləri sizə qarşı təhrik edirdim. Bütün bu işlər Bəndər bin Sultanın birbaşa göstərişi ilə baş tutub.”
Sabiq vəhabi şeyxi vurğulayıb: “Vəhabilik Ali-Səudin bu rejimin düşmənləri ilə mübarizə aparmaq üçün yeganə vasitədir və heç bir dinlə əlaqəsi yoxdur.”
Şiələrdən təkrar olaraq üzr istəyən sabiq imam deyib: “Əhli-beyt (ə) ardıcılları onların əleyhinə beynəlxalq sistemli təbliğatlara, qırğınlara baxmayaraq İmam Hüseynin (ə): “Zillət bizdən uzaqdır” şüarını səsləndirirlər. Bu məsələ şiələrin imanının gücünü göstərir.”

Qeyd edək ki, şeyx Əl-Ənəzi Ərəbistan hökumətinin müsəlmanlara düşmən kəsilən, onların torpaqlarını işğal edən sionist rejimlə yaxınlaşmasını tənqid etdiyi üçün həbs olunub və həbsdən çıxdıqdan sonra BƏƏ-yə mühacirət etmişdir.


102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
Go to TOP