Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2019

Həkim gənc oğlanı yataq xəstəsi etdi - Masallıda

Masallı rayonunda həkim səhlənkarlığı xəstənin iflic olmasına səbəb olub.

Bu barədə avropa-ya Masallı rayonu Hacıtəpə kənd sakini Sahibə Məhərrəm qızı Əliyeva məlumat verib.

S.Əliyeva bildirib ki, oğlu Seymur Əlizadə pilonidal sinüs (tük dönməsi) diaqnozu ilə Masallı Xəstəxanasının cərrahı Fəxrəddin Nəzərova müraciət edib. Fəxrəddin Nəzərov xəstənin yaxınlarını inandırıb ki, bu, çox sadə əməliyyatdır:

"Bizim faciəmiz bununla başladı. Mənim balamın onurğasının üstündə olan tük dönməsi üçün dərin bir yara açdılar, sinirinə toxundular, beyninə infeksiya keçirtdilər. 34 gündür balam yataq dustağıdır. Şikəst ediblər balamı".

S.Əliyeva qeyd edir ki, oğlunu Masallıdan N.Tusi adına klinikaya gətiriblər, 6 gün orada stasionar şəraitdə müalicə aldıqdan sonra Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıblar:

"22 gün orda müalicə aldıqdan sonra çıxarıb evə gətirmişik. Fəxrəddin Nəzərova bir neçə dəfə müraciət etmişik ki, xəstəni bu vəziyyətə sən salmısan, xəstənin yaxşılaşması üçün bir tədbir görəsən bəlkə. Cərrahın cavabı bizə konkret oldu: "Mən heç nə bilmirəm, gedin, nə istəyirsiz edin, əliniz hara qəlbidir, ora qoyun!"


185 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP