Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2019

Dollardan qurtuluş yolu tapıldı: İran, Türkiyə, Rusiya və Çin...

Dünyada dolların hegemonluğuna qarşı hərəkətə keçən Malayziya Cənub-şərqi Asiyada fəaliyyət göstərəcək yeni valyuta sistemi üzərində çalışır.

Məsələni Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyanın Osaka şəhərində təşkil edilən 25-ci Beynəlxalq Asiyanın Gələcəyi Konfransında gündəmə gətirib.

Baş nazir bildirib ki, yeni valyuta sistemi qızıla indeksli şəkildə istifadə oluna bilər.

Dolların beynəlxalq ticarətdə təkəlçiliyini tənqid edən amerikalı iqtisadçı Stiv Hank ötən həftə “Forbes” jurnalına müsahibəsində bildirib ki, qızıl indeksli təklif son dərəcə əhəmiyyətli məsələdir. Bu, Malayziyanın ABŞ-ın dollar tələsindən qurtulmasına kömək edə bilər. Həmçinin qeyd edib ki, İran, Türkiyə, Rusiya kimi ölkələr qızılı üstün tutaraq Malayziyanın getidiyi istiqamətə gedə bilər. Beləcə önəmli bir qızıl bloku qurulmuş olar.


241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP