Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2019

Bollivud ulduzu Allaha görə kino şöhrətindən imtina etdi...-İbrətamiz

“Kino mənə çoxlu sevgi, dəstək və şöhrət verdi, amma eyni zamanda məni cahillik yoluna gətirdi...”

Bollivud ulduzu Zaira Vaşim bu sahədəki işin imanına mənfi təsir göstərdiyini və Allahla olan əlaqəsini təhdid etdiyini bildirərək kino karyerasını sona çatdırıb.

Moderator xəbər verir ki, xarici İslam saytları bu haqda “NDTV”yə istinadlla məlumat yayıb.

“Beş il bundan öncə həyatımı əbədi olaraq dəyişdirəcək bir qərar verdim. Düzdü, Bollivud mənə populyarlıq gətirdi. Həmişə diqqət mərkəzində idim. Məni cəmiyyətdə uğur qazanmaq üçün bir nümunə kimi qəbul edir və daim gəncləri mənə bənzəməyə çağırırdılar...”

Film sənayesində beş illik fəaliyyətindən sonra 18 yaşlı aktrisa bu işdən razı olmadığını etiraf edir:
“Şübhəsiz ki, kino sahəsi mənə çoxlu sevgi, dəstək və şöhrət verdi, amma o, eyni zamanda məni cahillik yoluna gətirdi. Mən səssizcə və şüursuz olaraq Allaha imanımı itirməyə başladım. Mən imanıma daim mane olan bir mühitdə işləməyə davam edərkən dinlə münasibətlərim təhlükə altında idi...”

Zaira Vasim Hindistanın Kəşmir şəhərində müsəlman bir ailədə anadan olub. Atası Srinaqarda icraçı direktor, anası isə müəllim kimi çalışır. Bollivudda Zaira 2016-cı ildən çıxış etməyə başlayıb.

Xatırladaq ki, bu gün Hindistanda təxminən 180 milyon müsəlman yaşayır.


455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP