Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2019

Sionist rejim Suriyaya hücum etdi

Axşam saatlarında (00:25) sionist rejim bir daha Suriya ərazisinə hücum edərək Dəməşq və Homs əyalətlərinin bəzi bölgələrinə raket atıb. Hadisə yerində olan mənbənin verdiyi xəbərə görə, sionist rejimin hücumu ilə eyni zamanda Suriya havadan müdafiə sistemi işə düşüb və 4 raketi Dəməşq şəhərinin qərb və cənub-qərbində səmasında; Əşrəqiyyə Səhnaya, Humrəya və Əlməzə aeroportu yaxınlığında məhv edib.
İkinci hücum dalğası saat 00:45-də baş verib. Bu hücum Dəməşq yaxınlığındakı Qətəna, Xan Şeyx, Qəliyyə və Səsə rayonlarına olub.
Sionist rejimin hücumu işğal edilmiş Qolan əraziləridən və Livan hava məkanı üzərindən həyata keçib.
Mənbə bildirib ki, atılan raketlər yaşayış məntəqələrinə düşüb və 1 nəfər südəmər uşaq olmaqla 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Həlak olanlardan 3 nəfəri bir ailənin üzvləridir.


140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.07.19, 11:01
Braziliya çempion oldu
07.07.19, 10:23
Trampı lağa qoydular
Go to TOP