Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyul 2019

İran və Fars körfəzi ölkələri barışır

Rusiyanın xarici işlər naziri İran və İrandan üz döndərmiş ərəb ölkələri arasında müzakirələrin başlanmasına dair razılıq əldə olunmasını xəbər verib.

“Urdu Point” xəbər saytının verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün (çərşənbə) öz açıqlamasında bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdə İran və ərəb ölkələri arasında müzakirələrin başlanmasına dair razılıq əldə olunub.

S. Lavrov İƏT-in baş katibi Yusif əl-Useymin ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib: “Biz İran və ərəb ölklələri arasında qarşılıqlı güvən, hərbi fəaliyyətlərdə aydınlıq, kollektiv təhlükəsizlik quruluşunun formalaşmasına aid müzakirələrin başlanması ilə bağlı təklif layihəsini təsdiq etdik.”
Qeyd edək ki, İran və Fars körfəzinin Ərəbistan, Bəhreyn, BƏƏ kimi ərəb ölkələri arasında bir neçə ildir ki, soyuq münasibətlər yaranıb və bütün diplomatik əlaqələr kəsilib. Ərəb ölkələri İranı onların daxili işlərinə müdaxilə etməkdə ittiham edir, İranın bu ölkələrdə parlement görmək istədiyini və xalq rəyinə dəstək verdiyini deyirlər. İran isə adıkeçən ölkələri İŞİD və digər terror qruplarına dəstək verməkdə, Fələstinə xəyanət etməkdə, parlamentli ərəb ölkələrinin və xalq dəstəyi ilə hakimiyyətə gəlmiş dövlətlərin daxili işlərinə müdaxilə edərək dövlət çevrilişi planları qurmaqda ittiham edir. Suriya və Yəmən məsələləri iki tərəf arasında olan ixtilafın bariz nümunəsidir.


316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP