Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2019

Braziliya çempion oldu

Braziliyada keçirilən Amerika Kuboku başa çatıb.

Məşhur “Marakana” stadionunda keçirilən həlledici oyunda meydan sahibləri Peru ilə qarşılaşıb.

Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Titenin yetirmələrindən Everton, Qabriel Jezus və Riçarlison fərqləniblər. Perunun yeganə qoluna isə Gerrero imza atıb.

Braziliya yığması oyunun gedişində Q.Jezusun ikinci sarı vərəqə alaraq meydandan qovulmasına baxmayaraq, yekunda qələbə hesabını qorumağı bacarıb.

Bu, Braziliyanın 12 il sonra qazandığı ilk Amerika Kuboku çempionluğudur.

Qeyd edək ki, turnirdə üçüncü yeri Çiliyə 2:1 hesabı ilə qalib gələn Argentina yığması tutub.


362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP