Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2019

Maqnit qasırğası gözlənilir

Yaxın 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır.

STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Avqustun 5-6-da aşağı səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək, ümumən sakitlik proqnozlaşdırılır.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.


389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP