Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Avqust 2019

Naxçıvanda hərbçinin baş leytenant və MAXE-ni güllələdiyi deyilir

Ordubad rayonunun Unus kənd sakini, müddətdən artıq həqiqi hərbi quluqçu (MAXE), 1985-ci il təvəllüdlü Vüsal Nizami oğlu Yusifovun həlak olduğu bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Vüsal Yusifov Ermənistanla sərhəddə atəşkəsin pozulması nəticəsində həyatını itirib.

Meydan TV-nin əldə etdiyi məlumatda isə bildirilir ki, hadisə avqustun 8-də, gecə 01:30-da Culfa rayonunda yerləşən N saylı hərbi hissədə baş verib. Naxçıvanın Soyuq dağlarında yerləşən postlardan birində əsgər baş leytenant Musa İbrahimovu və MAXE Vüsal Yusifovu xidməti silahı ilə vurub. Güllə Vüsal Yusifovun gözündən dəydiyindən yerindəcə keçinib. Baş Leytenant isə ağır yaralanıb. O, təcili hospitala götürülsə də, avqustun 9-da, səhər saatlarında keçinib.

Hadisəni törədən əsgərin Naxçıvan MR-nın Sədərək rayonundan olduğu bildirilir.

Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yaymayıb. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşı Meydan TV-nin sualını eşidən kimi yanında vətəndaş olduğunu, bu səbəbdən danışa bilməyəcəyini deyib. Növbəti zəngdə isə cavabı “imkan verin işləyək” olub.


314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
Go to TOP