Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2019

İrandan dünyaya gözdağı: "Ağıllı" bombalar

İranın Müdafiə Nazirliyində “Yasin” və “Balaban” adlı iki yeni “ağıllı” bombanın təqdimatı keçirilib.

Təqdimat mərasimində İranın Müdafiə naziri general Əmir Xatəmi də iştirak edib.

O bildirib ki, İran istehsalı olan yeni bombalar 50 kilometrdən də uzaq məsafədəki hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir.

Nazirin sözləronə görə, İran təhlükəsizliyini təmin etmək istiqamətində bütün zəruri addımları ataraq daha müasir silah-sursat istehsalını davam etdirəcək: "Heç bir dövlət İranın hərbi qüdrəti qarşısında dayana bilməz. Rəsmi Tehran hərbi qüdrətini artmaqla bölgədə sabitliyi təmin etmiş olur".

Mərasimdən sonra yeni bombalar İran ordusunun müvafiq bölməsinə verilib.


329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP