Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2019

Sumqayıtda Çeçenistan vətəndaşı öldürüldü

Sumqayıtda bir necə saat əvvəl qətl hadisəsi törədilib. Hadisə şəhərin sənaye zonasında “SOCAR Karbamid” zavodunun yaxınlığında baş verib.

1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.


98 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP