Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2019

2023-cü il planı: "Ərdoğansız Türkiyə" layihəsi

Onların Türkiyə idarəçiliyinə gəlməsi mümkün deyil.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş spikeri Məhməd Əli Şahin sabiq baş nazir Əhməd Davudoğlunun yeni partiya yaradacağı ilə bağlı iddiaları şərh edərkən deyib.

“Yeni prezidentlik sisteminə əsasən iqtidara gələ bilmək üçün 50 faizdən yuxarı səsin toplanmasını tələb olunur. Bunlar nə qədər səs toplayacaq? Bizdən bir az qoparacaqlarına ümid edirlər. Bəlkə də 2023-cü ildə partiya qura bilərlər. Ola bilsin ki, ilk turda Rəcəb Tayyib Ərdoğanın qarşısının alınması üçün cəhd göstərə bilərlər. İllərdir Ərdoğanla bir yolda olmuş, Türkiyəyə xidmət etmiş bu yoldaşların “Ərdoğansız Türkiyə” layihəsinə dəstək vermələri təəssüf doğurur”, - deyə Əli Şahin bildirib.

Xatırladaq ki, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, keçmiş Baş nazir Əhməd Davudoğlu və keçmiş nazir Əli Babacanın yeni bir partiya qurması iddiaları gündəmdədir.


297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
Go to TOP