Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2019

Pakistandan Hindistana sərt mesaj: “Müharibədən də çəkinməyəcəyik”

“Müsəlmanlar savaş istəmir, ancaq lazım olsa müharibədən də çəkinməyəcəyik”.

Bu sözləri Pakistan Prezidenti Arif Əlvi Hindistanın Cammu və Kəşmirin statusunu dəyişdirmək qərarına münasibət bildirərkən deyib.

Arif Əlvi Pakistanın müstəqillik günündə Hindistanın bu addımını beynəlxalq hüquqa zidd sayıb, Pakistanın kəşmirliləri tək qoymayacağını vurğulayıb.

Pakistanın baş naziri İmran Xan isə Kəşmirin Pakistana aid hissəsinə səfər edib, yerli əhalini dəstəklədiklərini bildirib.

Pakistan Hindistanın son qərarından BMT-yə müraciət edib.


113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP