Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2019

Özəl klinikada burun əməliyyatı zamanı ölüm

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.

Bunu Yasamal rayon Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən “Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.

Hazırda Yasamal Prokurorluğu faktla bağlı araşdırma aparır.

Xatırladaq ki, 2018-ci ilin martında “StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.


456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP