Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2019

Ənsarullah Hərəkatı 4 Avropa ölkəsinin səfiri ilə görüş keçirdi

İngiltərənin Tehrandakı səfiri Rob Macaire bu gün (şənbə) öz Tvitter səhifəsində İran XİN-nin evsahibliyi ilə bir neçə Avropa ölkəsi səfirlərinin Ənsarullah Hərəkatı heyəti ilə görüşməsilə bağlı yazaraq bildirib: “Ənsarullah heyəti və İngiltərə, İtaliya, Fransa və Almaniya səfirləri arasında görüşə evsahibliyi etdiyi üçün İran Xarici İşlər Nazirliyinə minnətdarlıq edirəm.”
Səfir Yəməndə humanitar faciə ilə bağlı danışıqları əhəmiyyətli hesab edib.
Ənsarullah Hərəkatı heyətinə hərəkatın mətbuat katibi və Milli Qurtuluş Dövlətinin müzakirə qrupunun sədri Məhəmməd Əbdüssalam başçılıq edir.
Hal-hazırda Tehranda səfərdə olan heyət ötən həftə İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb və Yəməndə humanitar faciənin aradan qaldırılması yolları müzakirə olunub.


240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP