Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2019

İran yeni ZRK ilə Rusiya və ABŞ-a meydan oxuyur

İranda göstəricilərinə görə Rusiyanın “S-300” ZRK-nin analoqu olan “Bavar-373” zenit-raket kompleksinin yaradılması üzrə işlər başa çatıb.

Bu barədə IRNA agentliyi məlumat verib.

“200 kilometrlik vurma məsafəsi və 27 kilometr uçuş hündürlüyü olan “Bavar-373” Rusiyanın “S-300” kompleksindən daha geniş imkanlara malikdir”, - deyə məlumatda bildirilir.

İran Müdafiə Nazirliyinin məmurları bir müddət əvvəl bildirmişdilər ki, sistem lazımi sınaqlardan uğurla keçib. O, işə salınma qurğuları, radar və raketlər baxımından Amerika və Rusiyanın analoji modellərindən əhəmiyyətli dərəcədə fərqlənir. Bununla yanaşı, “Bavar-373” tamamilə İran komponentlərindən hazırlanıb.

Briqada generalı Qasim Təqizadə isə yeni raket kompleksinin gələn həftə – avqustun 22-də İranda Milli Müdafiə Sənayesi Günü qeyd olunduğu zaman ictimaiyyətə təqdim ediləcəyini bildirib.


238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP