Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2019

3 min il əvvələ aid yaşayış məskəni və mumiyalar tapılıb –Yəməndə

Yəmənin paytaxtı Səna şəhəri yaxınlığında təxminən 3 min il yaşı olan qədim yaşayış məskəni və mumiyalar aşkar olunub.

Bu barədə “SABA” agentliyi husi hökumətinin mədəniyyət naziri Abdulla Əhməd əl-Kabsiyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Səna yaxınlığında aparılmış arxeoloji qazıntılar zamanı iki tapıntı üzə çıxarılıb – qədim yaşayış məskəni və qayalara oyulmuş məzarlar. Həmin məzarlarda daş dövrünün sonu və hətta bürünc dövrünə aid 3 min illik mumiyalar tapılıb.

Əl-Kabsi bildirib ki, tapılmış insan məskəni daşlardan tikilmiş evlərdən ibarətdir və bürünc dövrünün sonlarına aiddir. Məzarlar isə yaşayış məskəninin kənarında yerləşir.


224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP