Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2019

Seyid Əbdülməlik Bədrəddin Əl-Husi: “Səudiyyə Ərəbistanının neft sahəsinə təşkil edilən hücum ciddi bir xəbərdarlıq idi”

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi avqustun 17-si ordu və inqilabi xalq komitələri birliklərinin Səudiyyə Ərəbistandakı “Aramco” neft müəssisəsinə 10 PUA ilə təşkil etdiyi hücum haqqında danışıb.

Əl-Məsirə xəbər verir ki, Yəmən millətinin fədakarlıqları sayəsində qələbə gününün yaxın olduğunu söyləyən Əl-Husi, belə deyib: “Bu gün Səudiyyə Ərəbistanına təşkil etdiyimiz PUA-lı hücum Səudiyyə rejimi koalisiyasının Yəmənə qarşı başlatdığı müharibə ərzində ən böyük əməliyyatımız idi”.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sərhədinin yaxınlığında yerləşən Əl-Şeyba neftayırma zavodunun hədəfə alınmasının BƏƏ üçün aydın bir mesaj olduğunu bildirən Seyid Əbdülməlik, belə danışıb: “Müharibənin davam etdirmək bizə boyun əydirə bilməz. Hər gün daha çox birlik, vəhdət və həmrəylik içində olaraq müdafiə gücümüzü artıracağıq”.

Yəmənə hərbi hücum təşkil edən qüvvələrin böyük bir böhran keçirdiklərini və bir-birləriylə ixtilafa düşdüklərini diqqətə çəkən Əl-Husi, belə deyib: “Əbdürrabbu Mənsur Hadi səudiyyəlilərin və onlar da ABŞ-ın oyuncağıdır”.

Yəmənli bir heyətin Tehrana reallaşdırdığı səfərə toxunan Seyid Əbdülmək, belə danışıb: “Bu səfərin məqsədi iki ölkənin əlaqələrini daha çox inkişaf etdirməkdir. İranın Yəmən xalqı ilə həmrəylik içərisində olması və işğalçı qüvvələrin hücumlarını qınaması tərifə layiqdir. Bütün İslam və ərəb ölkələrinə Səna ilə əlaqələrini yenidən başlatmalarını tövsiyə edirik. Bizim İranla münasibətlərimiz köhnəsindən də daha yaxşı olacaq. Çünki bu əlaqələrin təməli ortaq məsələlərdir. İranla ABŞ və İsrail rejimi mövzusunda həmfikirik”./deyerler/


230 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP