Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2019

Reuters: Kubada qadınlar İslam dininə iman gətirir

Statistikalara və yerli əhalinin sözlərinə əsasən, Kubada qadın müsəlmanların sayı hər gün artmaqdadır. Bu ölkənin yerli qadınları, xüsusilə də gənc qızlar mənəvi səbəblər, yaxud müsəlman şərikinin olması səbəbindən İslam dinini qəbul edirlər.
Hər gün Kubanın paytaxtı Havananın gözəl və qədim küçələrində addımlayan hicablı qadınları görürük. Onların hamısı uzaq ölkələrdən bura səfər etmiş turistlər deyil. Belə görünür ki, Kubada müsəlman qadınların sayı artmaqdadır.
Nə Karib hövzəsinin isttiliyi və rütubəti, nə halal qida tapmaq çətinliyi, nə də bütün Kuba ölkəsində cəmi bir məscidin olması bu qadınları İslam dininə tapınmaqdan və ona bağlı qalmaqdan çəkindirə bilmir. Kubalı müsəlman qadınların çoxu mənəvi ilham, dini maraq, ya da müsəlman şərikinin varlığı kimi səbəblərlə İslamı qəbul etmişdir.
27 yaşlı kubalı jurnalist Məryəm Kamcu artıq 7 ildir ki, İslamı qəbul etmişdir. Məryəm deyir: “Kubada İslamı qəbul etmiş qadınların, xüsusilə də gənc qızların sayı artmışdır və son illərdə onların sayı daha sürətlə artmaqdadır.”
Məryəm yerli müsəlman toplum ilə dərin anlaşmadadır və 2015-ci ildə Havanada inşa edilmiş məsciddə Quran və ərəb dilini tədris edir.
Bu arada 35 yaşlı xanım İsura Argudin “dini məlumatsızlıq” üzündən bu adada bir müsəlman qadın kimi bir sıra problemlərlə üzləşdiyini deyir.
Kuba İslam Birliyi bu məsələ ilə bağlı deyib ki, ölkədə müsəlman cəmiyyətinin 6 min üzvü vardır və onlardan 1200 nəfəri qadındır.


238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP