Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2019

Suriya ordusundan uğurlu qələbə-Xan Şeyxun terrorçulardan alındı

Suriya ordusu bu gün (çərşənbə) terrorçular qaçdıqdan sonra Xan-Şeyxuna daxil olub və şəhərə nəzarəti tamamilə ələ alıb.
Mərkəzi Londonda yerləşən Suriya müxaliflərinə bağlı insan haqları təşkilatı da Suriya ordusunu bu şəhərdə terrorçular üzərində qələbəsini təsdiqləyib.
Xan-Şeyxunda yerləşmiş Cəbhətün-Nüsrə terrorçuları ötən günlər ərzində Suriya ordusunun irəliləməsi ilə artıq müqavimət göstərməyin faydasız olduğunu gördükdən sonra bu şəhərdə mühasirə olunmaq qorxusundan İdlibin daxilinə çəkilməyə üstünlük verdilər.
“Rusiya əl-yəvm” telakanalı məntəqəyə göndərdiyi müxbirin sözlərinə istinad edərək deyib ki, Suriya ordusu bu gün səhər saatlarında Təl-Təra və Xərac ət-Təmaniə məntəqələri və şərq hissədən Xan-Şeyxuna daxil olub. Şəhərə daxil olan qüvvələr beynəlxalq magistral yoldakı qüvvələrə birləşib.
Bu qüvvələrin birləşməsi ilə Xan-Şeyxun şəhərində Əl-Lətaminə, Kəfər-Ziyta və Moruk qəsəbələri ordu tərəfindən mühasirəyə alınıb.
Suriya ordusunda hərbi mənbənin Rusiya telekanalına verdiyi açıqlamaya görə, mühasirə olunmuş məntəqələrdə terrorçulara aid yoxlama mərkəzləri, habelə Morukda Türkiyə ordusuna aid bir yoxlama məntəqəsi yığışdırılıb.


215 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP