Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2019

Tovuzda oğul atanı təqaüd kartına görə öldürdü

Tovuz rayonda ölüm hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 85 yaşlı Məsimov Müzəffər Bayram oğlu uzun müddət oğlu Rasim Məsimovda olan özünə məxsus pensiya kartını geri istəyib. 50 yaşlı oğul R.Məsimov isə atasının dedikləri ilə razılaşmayıb. Ata ilə oğul arasında yaranan mübahisə davaya çevrilib. Oğlu çəkiclə atasının başına zərbə endirib. M.Məsimov aldığı xəsarətdən dünyasını dəyişib.


227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP