Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Sentyabr 2019

ABŞ-da yanan gəmini ilk tərk edən kapitan olub: 25 nəfərin meyiti tapıldı

Xəbər verdiyimiz kimi, Kaliforniya ətrafında üçgünlük səyahətə çıxan 23 metrlik "Conception" adlı yaxtada yanğın olub.

İçəridəki 33 sərnişinin arasında dənizi tədqiq edən bioloq, ad gününü valideynləri ilə qeyd edən 17 yaşlı qız, peşəkar dalğıclar, alim-ixtioloqlar da varmış. Dayvinq də daxil bu səyahət hər sərnişinə 665 dollara başa gəlib. Onlara 6 nəfərdən ibarət peşəkar ekipaj üzvləri xidmət göstərib.

Bazar ertəsi yaxta Santa-Barbara limanına yan alacaqdı. Amma qəfildən gəmidə güclü yanğın başlayıb.

Gəmi kapitanı Cerri Boylan və ekipaj üzvləri həmin vaxt göyərtədə olublar. Onlar gəmini xilas etməyin mümkünsüzlüyünü görüb, göyərtədən birbaşa rezin qayıqlara düşüblər. Boylan yalnız tüstüdən boğulmaqda olan dənizçiləri özü ilə götürüb.

Yanğınsöndürmə və xilasetmə briqadaları gəmiyə yaxınlaşsalar da, içəri daxil ola bilməyiblər. Yanıb külə dönmüş gəminin qalıqları adanın sahillərindən azacıq aralıda dənizin dibinə batıb.

Bazar ertəsi axşamı artıq 25 nəfərin cəsədi sudan çıxarılıb. Onların əksərriyyəti suda boğulub. Doqquz nəfərin isə axtarışları davam etdirilir.

Hadisə ilə bağlı istintaq araşdırması başlayıb.

Qeyd edək ki, əvvəllər gəmidə yanğın təhlükəsizliyi ilə bağlı pozuntular aşkarlanmışdı.


113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP