Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2019

İsmayıllıda ayı ev sakinini parçaladı

İsmayıllı rayonunda yerli sakin ayının hücumuna məruz qalıb.

Report xəbər verir ki, hadisə 1950-ci il təvəllüdlü Xanagah kənd sakini Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu yığarkən baş verib.

Qəflətən ayının hücumuna məruz qalan yerli sakin göz, üz, əl və kürək nahiyəsindən xəsarət alıb. İ.Rəsulov təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas edə biliblər. Yırtıcı qaçaraq həyəti tərk edib.


165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
Go to TOP