Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2019

"Sədərək"də kütləvi dava: yaralılar var

Bakının Qaradağ rayonunda kütləvi dava olub.

Report xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Belə ki, sürücü avtomobilini ticarət mərkəzində yerləşən mağazaların birinin qarşısında saxlayıb. Bu da öz növbəsində həmin mağazada işləyən şəxslərin narazılığına səbəb olub. Qısa mübahisədən sonra sürücü ərazidən uzaqlaşıb. Lakin sürücü bir müddət sonra bir neçə şəxslə geri qaydıb və yenidən mağaza işçiləri ilə mübahisə edib. Mübahisə sonda tərəflər arasında dava ilə yekunlaşıb.

Nəticədə mağaza işçiləri 1982-ci il təvəllüdlü Rəfiyev Rüfət Gülağa oğlu, 1982-ci il təvəllüdlü Babayev Məhəmməd Zakir oğlu və 1978-ci il təvəllüdlü Əzizova Həyat Hümbət qızı ağır bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

R. Rəfiyev və B. Məhəmmədə qapalı kəllə beyin, E. Həyata isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralılar həkim nəzarətinə götürülüb.


101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
Go to TOP