Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2019

İtmiş şəxslərin tapılması üçün Kərbəlanın girişlərində 54 mərkəz yaradılıb

İtmiş şəxslərin tapılmasına kömək edəcək internet tətbiqetmələri internetin kəsildiyi, yaxud zəiflədiyinə görə işləmədiyi üçün İmam Hüseyn (ə) Hərəmi Qəyyumluğu bu işdə digər həll yolları seçib.
İmam Hüseyn (ə) Hərəminin itmiş şəxslər üzrə bölməsinin müdiri Səlah Məhdi Məsud bu barədə deyib: “Bu il itmiş şəxslərin axtarışı, onların yoldaşları və ailələrinə xidmət göstərmək üçün xüsusi applar işə salınmışdı. Lakin bəzən 12 saata çatan internet kəsilməsinə görə biz digər həll yolları seçməyə məcbur olduq.
Bu istiqamətdə Kərbəla şəhərinə üç girişdə itmiş şəxslərin tapılmasına aid 54 mərkəz yaradıldı və zəvvarlara xidmətin əhəmiyyətinə diqqət etməklə bu mərkəzlərə ciddi nəzarət olunur.”
Səlah Məhdi sonda vurğulayıb: “Xarici zəvvarlara yetərincə xidmət göstərə bilmək üçün bu mərkəzlərdə fəaliyyət göstərənlərin hamısı bir neçə dil bilən işçilərdir.”


174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP