Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2019

ABŞ Konqresindən Türkiyə ilə bağlı inanılmaz - Qərar

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici siyasət komissiyası Suriyanın şimalında başladılan "Sülh çeşməsi" (Barış Pınarı) əməliyyatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türk səlahiyyətliləri, həmçinin müdafiə sənayesi ilə bağlı banklara qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.

Sanksiyalar "Sülh çeşməsi" əməliyyatının dayandırılmasına nail olmaq məqsədi daşıyır.

Qanun layihəsində həmçinin, Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemlərini alması ilə əlaqədar sanksiyanın tətbiq olunması yer alıb. Qanun layihəsi qüvvəyə minərsə, yəni, Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunduqdan sonra Prezident onu imzalayarsa, Suriyada əməliyyat keçirən Türkiyə Silahlı Qüvvələrinə Amerika silahlarının satışı əngəllənəcək.


162 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP