Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2019

İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi

Həkimə hücum edərək ülgüclə boğazını kəsən adam həbs edilib. O, deyib ki, həkim ona istədiyi dərmanı yazmadığı üçün belə bir cinayətə əl atıb.

Hadisə Türkiyənin İzmir şəhərində baş verib. Katib Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasında həkim köməkçisi işləyən Kadir Songürü boğazından yaralayan Bayram K. adlı şəxs Karsiyakada bir qadının çantasından oğurluq edərkən tutulub.

Bayram K. xəstəxanada həkimin ona istədiyi dərmanı yazmadığını, ətrafdakıların isə güldüyünü bildirib. Hadisə zamanı Bayram K. özündə olmadığını bildirsə də, törətdiyi əməldən peşman olduğunu dilə gətirib.


168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP