Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2019

Qərb ölkələrində İslamı qəbul edənlərin sayı durmadan artır

Qərb mediasını yanlış təbliğatlarına və islamafob çağırışlara baxmayaraq İslam dinini qəbul edənlərin sayı hər keçən gün artır.

İQNA xəbər verir ki, bundan başqa, ABŞ-da da İslam dininin sürətlə yayıldığı müşahidə edilməkdədir.
Bir çox insan İslamı araşdırdıqdan sonra bu dinin sülhpərvər olması, cəmiyyət üçün ideal nizam-intizamı özündə ehtiva etməsi ilə tanış olublar və bu səbəbdən müsəlman olmağı seçiblər.
Bundan başqa, bu dində qadınlara böyük dəyər verilməsi qadınların İslamı seçmələrində əsas səbəblərdən biri olub.

ABŞ-ın “Pew” araşdırma mərkəzinin araşdırmasına görə, hazırda İslam digər dinlərə nisbətdə artım tempi ən yüksək olan dindir. Hazırda dünyadqa 1,8 milyard müsəlman var və 2050-ci ildə say baxımından xristianlığı keçəcəyi proqnozlaşdırılır.

Statistikaya görə, müsəlmanların 60 faizi Asiya ölkələrində yaşayır. Digər hissəsi isə Yaxın Şərq, Afrika, Avropa və ABŞ-da yaşayır./maide/


151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP