Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2019

Türkiyə Vətən Partiyasının sədri: Ankara Dəməş və Bağdadla birgə hərbi əməliyyat aparmalıdır

Türkiyə Vətən Partiyasının sədri Doğu Pərinçək Ankaranın terrorçular əleyhinə Suriya və İraqla müştərək hərbi əməliyyatlar aparmasını istəyərək deyib: “Bizim silahlı qüvvələrimiz Suriya ordusu ilə üz-üzə gəlməkdən çəkinməlidir.”

Türkyiənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlar barədə öz partiyasının mövqeini açıqlayan Pərinçək regionda terrorçu qüvvələrlə ciddi mübarizə aparmağın vacibliyini vurğulayaraq deyib: “Türkiyə ordusu Suriya ordusu ilə üz-üzə gəlməkdən çəkinməlidir və Ankara hərbi əməliyyatları Suriya və İraqla birgə aparmalıdır. Bu istiqamətdə müştərək qərargah təşkil olunmalıdır.”

Vətən partiyasının sədri əlavə edib: “Türkiyə ordusu terrorçu qüvvələrlə mübarizə aparmaq üçün öz əzmini toplamışdır və bu işdə 1998-ci ildə Suriya və Türkiyə arasında bağlanmış Adana müqaviləsinə söykənmək son qələbə ilə nəticələnəcək bir uğurlu əməkdaşlıq modelini sərgiləyə bilər.”

Türkiyə və Suriya dövlətlərinin böyük tarixi məsuliyyətlər daşıdığını vurğulayan Pərinçək deyib: “İki ölkə Amerika, sionist rejim, PKK və İŞİD imperializmini sevindirəcək hərəkətlərdən uzaq durmalıdır.”

Suriyada 14 sentyabrda dövlətin ümumi əfv elanına işarə edən partiya lideri deyib ki, Dəməşq dövləti bu addımı ilə Türkiyənin idarəçiliyində olan silahlı qrupların öz silahlarını yerə qoyması istiqamətində çox mühüm addım atdı. Eyni zamanda Suriya xarici işlər naziri 16 sentyabrda BMT baş katibinə məktub ünvanlayaraq PKK, YPJ, YDP, SDJ-ni Amerikanın idarəçiliyində olan terror qüvvələri adlandırdı və ölkəsinin bu təşkilatlarla mübarizə aparacağını bildirdi.

Türkiyənin də məqsədinin adı sadalanan qruplar və İŞİD-lə mübarizə olduğunu açıqlayan Pərinçək deyib ki, Türkiyə və Suriya əməkdaşlığı PKK-nı təslim edəcək. Region ölkələri İraqın şimalı ilə bağlı referendum məsələsində əl-ələ verib uğur qazandığı kimi, bugünkü şəraitdə də əgər bir-birlərinin yanında olsalar, çox müvəffəqiyyətlər əldə edərlər, Suriya və Türkiyənin birgə əməkdaşığı ilə PKK təslim bayrağı qaldırar.

Pərinçək əlavə edib: “Amerika və PKK-nın İŞİD məhbuslarını azad etməsi kimi təhdidləri ilə mübarizə yolu da Türkiyə-Suriya əməkdaşlığıdır. Bu iki ölkənin və İraqın əməkdaşlığı nəinki PKK-nı təslim edəcək, üstəlik İŞİD məsələsinin də kökündən həll olmasına səbəb olacaq.

Lakin Türkiyə-Suriya münasibətlərində hər hansı böhran və gərginlik Amerika və PKK-nı sevindirir.”

Türkiyənin təhlükəsiz zona yaratmaq istəyi barədə fikir bildirən Vətən Partiyası sədri deyib: “Sual odur ki, həmin məntəqədə hansı dövlət hakimiyyət edəcək? Hansı dövlətin silahlı qüvvələri orada yerləşəcək? Həmin məntəqədəki ticarət və digər müqavilələr hansı dövlətin hüquq qanunlarına uyğun olacaq? Hansı ölkənin cəza qanunları orada işləyəcək? Hansı dövlətin məhkəməsi fəaliyyət göstərəcək?”

Partiya lideri Türkiyə prezidentinin yaradılacaq təhlükəsiz bölgələrində milyonlarla insan üçün yaşayış məskənlərinin salınması ilə bağlı çıxışına da toxunaraq deyib: “Bu məskənlər hansı dövlətin hüquqlarına uyğun olaraq veriləcək? Türkiyə bütün dövlət bölmələrini bu məntəqələrdə yerləşdirəcək?”

Pərinçək Ankaranın təklif etdiyi təhlükəsiz zona məsələsinin Türkiyənin dostlarının bu ölkədən uzaqlaşmasına səbəb olduğunu vurğulayaraq deyib: “Bu məqsəd Türkiyəni təcrid etmiş, müxalif qüvvələrə fürsət və cürət vermişdir. Türkiyə özünün bu məqsədinə yenidən baxmalıdır.”/qafqaz.ir/az/


144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP